“Bitcoin”in qiyməti 31 000 dolları ötdü

14:43 - 14.04.2023


14 aprel, Fineko/abc.az. “Bitcoin”in qiyməti 8 iyun 2022-ci ildən bəri ilk dəfə 31 000 dolları ötüb.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın “TASS” agentliyi məlumat dərc edib. Yazıda bildirilib ki, “Bitcoin” pik nöqtədə 31 019.77 dollar təşkil edib.

Mart ayında ABŞ bank bazarında bir sıra kredit təşkilatlarının müflisləşməsi nəticəsində yaranan problemlər investorların kriptovalyutalara marağını qaytarıb. Mütəxəssislərin fikrincə, tənzimləyicilərin təzyiqi, yeni iflaslar və kriptovalyutaların qiymətli kağız kimi tanınması bazarın gələcək artımını ləngidə bilər.