Türkiyə Bankı Almaniya Bankından 100 milyon avro kredit götürdü

17:05 - 6.04.2023


6 aprel, Fineko/abc.az. Türkiyə bankı Almaniyanın “İnkişaf Bankı”ndan 100 milyon avro kredit götürüb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin “İnkişaf və İnvestisiya Bankı” iqlimin maliyyələşdirilməsi üçün Almaniyanın “KFW İnkişaf Bankı”ndan 100 milyon avro kredit aldığını açıqlayıb.

Bank açıqlamasında həmçinin Almaniya hökuməti tərəfindən maliyyələşdirilən 10 milyon avro məbləğində qrant maliyyələşdirməsi ilə bağlı müqavilə imzalandığını da bildirib.