Amerikanın məşhur investisiya bankı “Goldman Sachs” cərimələnib

15:46 - 6.04.2023


6 aprel, Fineko/abc.az. Amerikanın məşhur investisiya bankı “Goldman Sachs” cərimələnib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Maliyyə Sənayesi Tənzimləmə Təşkilatı (FINRA) “Wall Street”in məşhur investisiya bankı “Goldman Sachs”ı səhvən müəyyən səhmləri satış deyil, alış kimi qeyd edib. Bu isə ticarət hesabatlarının pozulmasına gətirib çıxarıb. Sözügedən səbəbdən “Goldman Sachs” 3 milyon dollar cərimələnib.

2015-ci ilin oktyabr ayından 2018-ci ilin aprel ayına qədər “Goldman”ın 14 milyarddan çox səhm olmaqla təxminən 60 milyon qısa satış sifarişini səhv yerləşdirdiyini bildirib.

Müəllif: Elmir Murad