Qızıl 190 dollar bahalaşıb

10:42 - 5.04.2023


5 aprel, Fineko/abc.az. Qızıl qiymətləri ABŞ-da açıqlanan məlumatların ardından 2%-ə yaxın artaraq 2 min dolları keçib.

ABC.AZ xəbər verir ki, səhər saatlarında 1981 dollar ətrafında ticarət edilən qızıl, axşam saatlarında 1,9 bahalaşıb və 2,038 dolları keçərək bir ilin ən yüksək səviyyəsinə çatıb. ABŞ-da bu gün açıqlanan zavod sifarişləri məlumatları fevral ayında proqnozlaşdırılandan daha çox azalıb.

Qlobal iqtisadiyyatın pisləşməsi, qlobal bank böhranı və yüksək inflyasiya ilə əlaqədar olaraq qızılın unsiyası bu il 10 faiz və ya 190 dollar bahalaşıb.