“Gəncə Bank”a məxsus daşınmaz əmlak hərraca cıxarılır

12:26 - 4.04.2023


4 aprel, Fineko/abc.az. Aprelin 27-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Gəncə Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.

ABC.AZ  Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istindla xəbər verir ki, söhbət “Gəncə Bank”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, b. 247 ünvanında yerləşən 75,2 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.