11:29 - 4.04.2023
4 aprel, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 3,5 % çox olacağını proqnozlaşdırır.
ABC.AZ “Report”-a istinadla xəbər verir ki, bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş aprel sayında bildirilir.
Sənədə əsasən, bu, ADB-nin sentyabr proqnozu ilə müqayisədə 0,7 faiz bəndi çoxdur.
Bank gələn il isə Azərbaycanda 3,8 % iqtisadi artım gözləyir.
ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının isə bu il 4,4 % (əvvəlki proqnoza nisbətən 0,2 faiz bəndi çox), gələn il isə 4,6 % böyüyəcəyini proqnozlaşdırır.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026