Azərbaycanın tədiyə balansının qalığı - 3,1 DƏFƏ ARTIB

11:24 - 30.03.2023


30 mart, Fineko/abc.az. 2022-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 9,4 milyard ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 3,1 dəfə çoxdur.

Belə ki, 2021-ci ildə ölkənin tədiyyə balansının qalığı 3,08 milyard dollara bərabər olub.