15:07 - 14.03.2023
14 mart, Fineko/abc.az. Bildiyini kimi, “Silicon Valley Bank”ının (SVB) iflası nəticəsində dünyanın ən böyük maliyyə qurumlarından olan Bank dağılıb. SVB-nin dağılması səbəbindən dünya üzrə pensiya fondları milyonlarla pul itirib.
ABC.AZ-ın məlumatına görə, Bankın dağılmasından sonra pul itirənlər Kaliforniya Dövlət İşçilərinin Təqaüd Fondu (CalPERS), Kaliforniya Ştat Müəllimlərin Təqaüd Fondu (CalSTRS), Cənubi Koreya Milli Pensiya Xidməti (NPS) və İsveçin Alekta pensiya fondu olub. Belə ki, sözügedən təşkilatların SVB Bankda sərmayəsi olub.
Qeyd edək ki, martın 10-da Kaliforniya ştatının tənzimləyiciləri ABŞ-ın iyirmi ən böyük kommersiya bankından biri olan Silikon Vadisi Bankını bağlayıb. Bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank iflası oldu. SVB-nin dağılması ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin artması ilə əlaqələndirilib və bu, bir çox maliyyə institutlarının balansında olan aktivlərin dəyərdən düşməsinə səbəb olub.
Müəllif: Elmir Murad
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026