Valyuta hərracında banklar tələbi 3,4 dəfə artırıb

12:42 - 14.03.2023


9 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

 

AMB-nin məlumatına görə, martın 14-də keçirilən valyuta hərracında bankların tələbi 60,3 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, son hərracdan 42,7 milyon dollar və ya 3,43 dəfə çoxdur.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.

Martın 9-da valyuta hərracında AMB banklara 17,6 milyon dollar satıb.