16:27 - 10.03.2023
10 mart, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sistemi (FED) ötən ilin oktyabr-dekabr dövrü üçün “ABŞ Maliyyə Hesabları” hesabatını dərc edib.
ABC.AZ xəbər verir ki, ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 2% artaraq 147,7 trilyon dollara çatıb.
Ötən ilin son rübündə əvvəlki rüblə müqayisədə 2% artan ev təsərrüfatlarının sərvəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,7% azalıb.
Ötən ilin son rübündə səhmlərin dəyəri 2,7 trilyon dollar artıb. Daşınmaz əmlakın dəyəri isə 100 milyard dollar azalıb.
Amerikanın ev təsərrüfatlarının borcunun artımı ötən ilin dördüncü rübündə 6,2%-dən 2,3%-ə düşüb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026