Banklar valyuta hərracında tələbi azaldıb

12:35 - 7.03.2023


7 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, martın 7-də keçirilən valyuta hərracında bankların tələbi $44,8 mln təşkil edib və tam təmin edilib. Bu, son hərracda olduğundan $6,9 mln və ya 13,35% azdır.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.

Martın 2-də keçirilən valyuta hərracında AMB banklara $51,7 mln satıb.