Səudiyyə hökuməti Türkiyə Mərkəzi Bankına 5 milyard dollar əmanət qoyur

17:31 - 6.03.2023


6 mart, Fineko/abc.az. Ər-Riyad və Ankara Səudiyyə Ərəbistanının Türkiyə Mərkəzi Bankına 5 milyard dollarlıq əmanət yerləşdirməsi ilə bağlı müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, bu barədə “A Haber” telekanalı xəbər yayıb.

“Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında Türkiyə Cümhuriyyətinin Mərkəzi Bankında 5 milyard dollar məbləğində əmanət yerləşdirməyə dair saziş imzalanıb”, - telekanal xəbər verir.

Daha əvvəl Türkiyənin “Cumhuriyet” qəzeti Türkiyə ilə Səudiyyə Ərəbistanının svop sazişi bağlaya biləcəyini yazmışdı.