11:30 - 6.03.2023
6 mart, Fineko/abc.az. Visa beynəlxalq ödəniş sistemi Azərbaycan bazarında innovasiyaların tətbiqi üçün böyük potensial görür.
ABC.AZ xəbər verir ki, bu barədə Visa-nın Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev deyib.
O, Visa-nın Azərbaycan Beynəlxalq Bankı ilə birgə 2019-cu ildə ölkədə ilk tokenizasiyanı başlatdığını və bu sayədə mobil qurğular üzərindən ödənişlər həyata keçirməyə imkan yarandığını xatırladıb.
"Tokenizasiyaya qoşulmuş bankların sayının artırılması üzrə işlər aparılmaqdadır. Bu gün onların sayı 11-dir. Bu tətbiq fəaliyyəti çoxlu sayda layihələr həyata keçirməyə, o cümlədən, 2021-ci ildə Apple Pay, 2022-ci ildə isə Google Pay ödəniş sistemlərinin işə salınmasına imkan verdi. Həmçinin, Azərbaycan Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika (CEMEA) regionunda B2B Connect ödəniş şəbəkəsini işə saldığımız ilk ölkədir", - o deyib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026