Zolotaya Korona bəzi Bankların kartlarından xaricə köçürmələri dayandırıb

11:13 - 6.03.2023


6 mart, Fineko/abc.az. “Zolotaya Korona” Qərbin sanksiyalarına məruz qalan bir neçə Rusiya bankının kartlarından transsərhəd köçürmələri məhdudlaşdırıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki,  bu barədə “Forbes” yazır.

“Transsərhəd köçürmələri həyata keçirərkən biz digər ölkələrdəki köçürmələri həyata keçirən tərəfdaşların, hesablaşma banklarının və bölmələrimizin tələblərini rəhbər tutmağa məcbur oluruq ki, bu da sanksiyalar rejimini pozmaqla əməliyyatlar həyata keçirmək istəməməsi ilə nəticələnir”, – mətbuat xidməti bildirib.

Beləliklə, “Tinkoff Bank”, “Alfa Bank” və “Sberbank” müştəriləri üçün xaricə köçürmələrlə bağlı problemlər yaşanıb.

Ümumilikdə 20-dən çox Rusiya bankı Qərb sanksiyaları altındadır, o cümlədən “Tinkoff”, “Sberbank” və “Alfa Bank”, həmçinin “VTB”, “Sovkombank”, “Rosbank”, “Uralsib”, “Promsvyazbank” və “Otkritiye”.