10:27 - 6.03.2023
6 mart, Fineko/abc.az. Bildiyiniz kimi, Azərbaycanda Banklara qoyulmuş əmanətlərdən 1 faiz vergi tutulmağa başlayıb. Bu isə ictimiayyət arasında birmənalı qarşılanmır.
Belə ki, əksəriyyət düşünür ki, sözügedən faiz vətəndaşların depozitdən əldə etdiyi gəlirdən tutulmamalıdır.
Məsələ ilə bağlı deputat Vüqar Bayramov ABC.AZ-a bildirib ki, Vergi Məcəlləsinə əsasən, bu vergi növü banklarda olan əmanət gəlirlərinin vergiyə cəlb edilməsidir.
Deputat faizin əhalinin yerləşdirdiyi əmanətlərdən tutulmasını belə izah edib:
“Əmanət dvidentlərinin qorunmasından əmanət tərəfləri gəlir əldə edir. Bu baxımdan məcəlləyə əsasən, vergi əmanət sahiblərinin gəlirindən çıxılır. Məsələn, vətəndaşın bankda 6000 manat depoziti varsa və həmin məbləğ illik olaraq 9 faiz gəlir gətirirsə, yəni məbləğə görə 540 manat gəlir hesablanırsa, bu zaman bu pulun 10 faizi vergiyə cəlb edilir. Və nəticədə vətəndaş 6000 manat depozitə görə 54 manat vergi ödəyir. Və onun depoziti yerləşdirməsinə görə gəliri 486 manat olur”. V. Bayramov düşünür ki, Banklar bəhs olunan məsələdə təşəbbüs göstərməlidirlər: “Vergi faizləri yüksək olduğuna görə, Banklar depozit faizlərini artırmaqla, sözügedən xərci öz üzərlərinə götürsünlər. Əslində, Banklar depozit faizini 1 faiz artırmaqla gəlirləri tətbiq olunan 10 faizli verginin əhəmiyyətli hissəsini üzərlərinə götürə bilərlər. Ona görə də düşünürəm ki, daha məqsədəuyğun olardı ki, bu verginin depozit faizləri artırılmaqla kompensasiya Banklar tərəfindən ödənilməsi həyata keçirilsin”.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026