Faiz gəlirləri azalan banklar

12:28 - 3.03.2023


3 mart, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 2-nin ötənilki faiz gəlirləri əvvəlki illə müqayisədə az olub.

ABC.AZ “Renkinq”-ə istinadla  xəbər verir ki, bunlar “Premium Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lərdir.

Azalma müvafiq olaraq 5,2% və 7,4% təşkil edib.

Qalan 23 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “Azər-Türk Bank” ASC-də (58,4%), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (1%) qeydə alınıb.