İllik faiz gəlirləri 300 mln manatdan çox olan banklar

12:02 - 3.03.2023


3 mart, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 3-nün ötənilki faiz gəlirləri 300 milyon manatdan çox olub.

ABC.AZ “Renkinq” -ə istinadla xəbər verir ki, bunlar “Kapital Bank” (609,374 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (582,884 milyon manat) və “PAŞA Bank” (312,34 milyon manat) ASC-lərdir.

Qalan 22 bankdan 5-də faiz gəlirləri 100-200 milyon manat arasında, 16 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan az olub.