Türkiyənin bank sektoru böyüyüb – Mənffət artıb

10:53 - 2.03.2023


2 mart, Fineko/abc.az. Türkiyənin bank sektorunun cəmi xalis mənfəəti kəskin artıb.

ABC.AZ Türkiyə Bank Tənzimləmə və Nəzarət Agentliyinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar ayında bank sektorunun cəmi xalis mənfəəti 95,7 faiz artaraq 39,3 milyard lirəyə çatıb.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yanvar ayında Türkiyənin bank sektorunun cəmi xalis mənfəəti 20,1 milyard TL təşkil etmişdi.

Əsas kapitalın adekvatlıq əmsalı 13 faiz təşkil edib. 2022-ci ilin yanvar ayında bu nisbət 14% idi.