10:50 - 2.03.2023
2 mart, Fineko/abc.az. Almaniya Mərkəzi Bankı (Bundesbank) keçən il 1979-cu ildən bəri ilk dəfə zərər ilə üzləşib.
ABC.AZ xəbər verir ki, bunu Bundesbank prezidenti Yoahim Nagel mətbuat konfransında bankın 2022-ci il üçün hesabatını ictimaiyyətə təqdim edərkən deyib.
O bildirib ki, faiz dərəcələrinin artması onun istiqrazlarını devalvasiya edib.
“Keçən ilki 172 milyon avro zərər yaradılmış ehtiyatlar ilə kompensasiya edilib.
Bundesbank hesabatında faiz dərəcələrinin artmağa davam etməsi və qeyri-adi yüksək inflyasiyanın balansdakı istiqrazların dəyərini aşağı salması səbəbindən zərərin gələcək illərdə daha da artacağını proqnozlaşdırır” deyə Bank prezidenti qeyd edib.
Qeyd edək ki, ötənilki ziyan “Bundesbank”ın 1979-cu ildən bəri ilk zərəri olub.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026