Valyuta hərracında banklar tələbi 30,7% azaldıb

12:43 - 28.02.2023


28 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, fevralın 28-də keçirilən valyuta hərracında bankların tələbi 42,7 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 18,9 milyon dollar və ya 30,7% azdır.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.

Fevralın 23-də baş tutan valyuta hərracında AMB banklara 61,6 milyon dollar satıb.

2023-cü ilin fevral ayında keçirilən valyuta hərraclarında banklara 356,5 milyon dollar dəyərində valyuta satıldı ki, bu da 2022-ci ilin fevralından 4% az, 2023-cü ilin yanvarından isə 89% çoxdur.