16:04 - 27.02.2023
27 fevral, Fineko/abc.az. ABB filiallarını yeniləyərək xidmət şəbəkəsinin inkişafını davam etdirir. Bankın Zaqatala filialı da yeni ünvanda, ABB-nin müasir konseptinə uyğun qurulmuş binada müştərilər üçün əlçatandır. Bankın Zaqatala filialı Zaqatala şəhəri, Vidadi küçəsi - 28a ünvanında müştərilərə xidmət göstərir.
Burada ən yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər Zaqatala filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026