Bank sektorunun xarici öhdəlikləri 1,8 milyard manat olub

14:51 - 24.02.2023


24 fevral, Fineko/abc.az. Cari ilin yanvar ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 25,1 faiz artaraq 28 milyard 914,8 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 53,1 milyon manat artaraq 1 milyard 815 milyon manat olub.

Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki artım ilə əlaqədardır.