Yanvar ayında bankların əmanət portfeli 1.8% artıb

14:20 - 24.02.2023


24 Fevral, Fineko/abc.az. Yanvar ayının hesabatında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8% və ya 203.8 mln. manat artmışdır.

Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

 Əmanət portfelinin 53%- i (6,196.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18,818.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 88.4%-ni təşkil etmişdir.