Cari ildə banklar 90.3 mln. manat xalis mənfəət əldə ediblər

12:35 - 24.02.2023


24 fevral, Fineko/abc.az. 2023-cü ilin yanvar ayında banklar 90.3 mln. manat xalis mənfəət, 134.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 54% və 50% artmışdır.