Yanvar ayında bankların kredit portfeli 0.4% artıb

12:24 - 24.02.2023


24 fevral, Fineko/abc.az. Cari ilin yanvar ayında bankların kredit portfeli 0.4% və ya 75.2 mln. manat artaraq 19,669.6 mln. manat olmuşdur.

Bu barədə ABC.AZ  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 55.2% (10,845.6 mln. manat), ıı) istehlak kreditləri – 29.5% (5,811.9 mln. manat) və ııı) ipoteka kreditləri – 15.3% (3,012.2 mln. manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.9% təşkil etmişdir.