Bank sektorunda çalışanların sayı artıb

12:09 - 24.02.2023


24 fevral, Fineko/abc.az. Cari ilin 31 yanvar tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 489, şöbələrinin sayı 92, ATM-lərin sayı 3006 olmuşdur.

Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 93 nəfər artaraq 22870 nəfər təşkil etmişdir.