Böyük Britaniya Rusiyanın dörd bankına qarşı sanksiya tətbiq edib

12:02 - 24.02.2023


24 fevral, Fineko/abc.az. Böyük Britaniya Rusiyanın dörd bankına qarşı sanksiya tətbiq edib.

ABC.AZ xəbər verir ki, bu barədə ştatın Maliyyə Nazirliyinin saytında deyilir.

Söhbət "Uralsib", "Zenith", MTS Bank, eləcə də "Sankt-Peterburq" (BSPB) bankından gedir.

Bundan əlavə, Rusiya hərbi-sənaye kompleksində, o cümlədən İHA istehsalında istifadə edilə bilən təyyarə hissələrinin, radiotexnika və elektron komponentlərin Rusiya Federasiyasına ixracına qadağa qoyulur.

Həmçinin, Rusiyanın dövlət nüvə enerjisi şirkəti “Rosatom”un yüksək vəzifəli şəxsləri, o cümlədən Rusiyanın iki ən böyük müdafiə şirkətinin, dörd bankın rəhbərləri və Rusiya elitasının digər nümayəndələri də sanksiyalara məruz qalıb.

Qeyd edilir ki, yeni məhdudiyyətlər fiziki və hüquqi şəxslərə də təsir edib. Xüsusilə, “Rostec” də daxil olmaqla, Rusiyanın iri şirkətlərinin 34 rəhbəri, hərbi texnikanın istehsalı və təmiri ilə məşğul olan 6 təşkilat və İHA istehsal edən “Qods Aviasiya Sənayesi”nin 5 yüksək rütbəli iranlı rəhbəri sanksiyalara məruz qalıb.