Azərbaycan hökuməti ilə daim təmasdayıq - Dünya Bankı rəsmisi

11:36 - 24.02.2023


24 fevral, Fineko/abc.az. Biz səhiyyə, təhsil və digər sahələrdə axsayan vəziyyətlə bağlı Azərbaycan hökuməti ilə daim təmasdayıq.

ABC.AZ xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə İnsan İnkişafı üzrə Direktoru Fadia Saadah bildirib.

O qeyd edib ki, səfərinin də əsas əsas məqsədi bundan ibarətdir. "Eyni zamanda bizim bir komanda da Azərbaycanda səfərdədir, onlar daimi olaraq Azərbaycanda insan kapitalının təkmilləşdirilməsi sahəsində rəylərini verir. Dəstəyimizin respensiv xüsusiyyəti hökumətin istəyindən asılı olacaq və hazırladığımız bu hesabat vəziyyətin yaxşı qiymətləndirilməsi istiqamətində ilk müsbət addımdır".

Müəllif: Elmir Murad