Üç ölkənin qiymətləndiriciləri Azərbaycan və Türkiyənin - TƏŞƏBBÜSÜNƏ QOŞULUR

15:15 - 23.02.2023


23 fevral, Fineko/abc.az. Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti və Qiymətləndiricilər Palatasının sədri Marat Baitokov Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucla onlayn görüş keçirib.

AQC-dən ABC.AZ-a bildirilib ki, Marat Baitokov azərbaycanlı və türkiyəli həmkarları Vüqar Oruc və Yaşar Bahçeci tərəfindən irəli sürülən Türk Dünyası Qiymətləndirmə Mütəxəssisləri Birliyinin təsis olunması təşəbbüsünü dəstəklədiyini deyib.

Qeyd edib ki, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Qiymətləndirmə palataları ilə birlikdə belə bir qərar veriblər.

Tərəflər Türkmənistan, Macarıstan, Şimali Kipr Türk Respublikası və bir sıra başqa dövlətlərin qiymətləndiricilərinin də bu qurumda assosiativ hüquqla və ya müşahidəçi qismində təmsil olunması barədə razılığa gəliblər.

M.Baitokov AQC ilə Qazaxıstan Qiymətləndiricilər Palatası arasında ikitərəfli əməkdaşlıq memorandumunun imzalanmasını təklif edib.