Valyuta hərracında bankların tələbi 25% artıb

12:39 - 23.02.2023


23 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, fevralın 23-də keçirilən valyuta hərracında bankların tələbi 61,6 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 12,3 milyon dollar (25%) çoxdur.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.

Fevralın 21-də valyuta hərracında AMB banklara 49,3 milyon dollar satıb.