Balans kapitalı azalan banklar

12:35 - 23.02.2023


23 fevral, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 2-nin bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.

ABC.AZ “Renkinq” -ə istinadla xəbər verir ki,  bunlar “Premium Bank” və “Bank BTB” ASC-lərdir.

Ən çox azalma “Bank BTB”də (9%), ən az azalma isə “Premium Bank”da (1,8%) qeydə alınıb.

Qalan 23 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Bank of Baku” ASC-də (30%), ən aşağı dinamika isə “Muğan Bank” ASC-də (1,3%) qeydə alınıb.