Ötən il əməkhaqqı xərclərinə qənaət edən Bank

11:34 - 21.02.2023


21 fevral, Fineko/abc.az. 2022-ci ildə “Kapital Bank”da əməkhaqqı xərcləri 38,3 milyon manat və ya 29%, “ABB Bank”da isə 26,8 milyon manat və ya 27% artıb.

ABC.AZ-ın məlumatına görə, əmək haqlarının məbləğə görə artımında 3-cü yerdə “Bank Respublika” qərarlaşıb. Belə ki, bəhs olunan dövrdə bu Bank əməkhaqqı xərclərini 13,7 milyon manat artıra bilib.

2022-ci ildə əməkhaqqı xərcləri azalan banklar da olub. Belə ki, “ASB Bank”da əməkhaqqı xərcləri azalıb. Sözügedən Bank əməkhaqqı xərclərinə 4,7% qənaət edib.

Müəllif: Elmir Murad