Əməkhaqqı xərcləri ən sürətlə artan Banklar - SİYAHI

11:25 - 21.02.2023


21 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda fəaliyyət göstərən bir sıra Banklarda əməkhaqqı xərcləri çoxalıb.

ABC.AZ-ın məlumatına görə, 2022-ci ildə əməkhaqqı xərcinin ən sürətli artdığı bank “Turanbank” olub.

Belə ki, sözügedəb dövrdə bu bankın əməkhaqqı xərcləri 58% və ya 5,3 milyon manat artıb.

Əməkhaqqı xərcləri artan təkcə “Turanbank” olmayıb.

Həmçinin, “Rabitəbank”, “Bank Respublika” və “Yelo Bank”da da əmək haqqıxərcləri 36-38% artıb.

Məbləğ baxımından əmək haqlarını ən çox artıran banklar isə “ABB” və “Kapital Bank”dır.