Azərbaycanda bu Bankların gəliri 100 milyon manatı keçib - Siyahı

12:15 - 20.02.2023


20 fevral, Fineko/abc.az. Ölkədəki bəzi Bankların illik ümumi gəliri 100 milyon manatı keçib.

ABC.AZ-ın məlumatına görə, bura “AccessBank”, “Xalq Bank”, “Rabitəbank” və “Bank of Baku” da aiddir.

11 bankın gəlirləri 30-100 milyon manat arasında dəyişir.

Azərbaycandakı 25 bank arasında ən az gəlir əldə edən bank İran Milli Bankının Bakı filialı olub, cəmi 3,8 milyon manat.

Yerli banklar arasında isə gəliri ən aşağı olanlar Avrasiya Bank (15,5 milyon manat), “Günay Bank” (24 milyon manat) və “Naxçıvanbank” (27 milyon manat) olub.