12:09 - 20.02.2023
20 fevral, Fineko/abc.az. Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan bankları ümumilikdə 4 milyard manata yaxın gəlir əldə ediblər.
ABC.AZ xəbər verir ki, ötən il bankları ümumi gəlirlərinin məbləği 3 milyard 955 milyon manat olub.
Bu məbləğin 2 milyard 692 milyon manatı və ya 68%-i ilk 5-likdəki bankın payına düşür.
Digər 20 bank ümumilikdə 1 milyard 263 milyon manat gəlir əldə edib.
2022-ci ildə ən böyük gəlir əldə edən banklar – “Kapital Bank” (1 milyard 003 milyon manat), “ABB Bank” (780 milyon manat), “Paşa Bank” (498 milyon manat), “Unibank” (233 milyon manat) və “Bank Respublika” (178 milyon manat) olub.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026