11:41 - 20.02.2023
20 fevral, Fineko/abc.az. "Kredit əməliyyatlarının aparılması, pul və digər qiymətlilərin saxlanılması və inkasasiya qaydalarına dəyişiklik edilir. Məqsəd kommersiya banklarında biznes proseslərində baş verən dəyişiklikləri əhatə etməkdir."
ABC.AZ-ın məlumatına görə, bunu Mərkəzi Bank və Banklar Assosiasiyasının informasiya və təşkilatı dəstəyi ilə "Nəğd pulun dövriyyəsinin təşkili - 2023" keçirilən seminarda Mərkəzi Bankın Nəğd Pulun İdarə Edilməsi Şöbəsinin rəisi Anar Dadaşov bildirib. İnteraktiv şəraitda keçirilən tədbirdə nağd pul dövriyyəsi sahəsində nüfuzlu beynəlxalq şirkət nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində baş tutan təqdimatlarda nağd pulun dövriyyəsi, inkasasiya, saxta əskinasların müəyyən edilməsi və dövriyyədən çıxarılması istiqamətində təqdimatlar və çıxışlar olub.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026