11:19 - 20.02.2023
20 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycandakı Bankların 2022-ci ildə faiz və qeyri-faiz gəlirləri artıb.
ABC.AZ-ın məlumatına görə, 2021-ci illə müqayisədə 2022-ci ildə bankların ümumi gəlirləri təqribən 1 milyard manat və ya 32,6% artıb.
Ötən il bankların faiz gəlirləri 632 milyon manat və ya 30% artıb. Qeyri-faiz gəlirləri isə 340 milyon manat və ya 39% artıb.
Xatırladaq ki, əvvəlki 2 ildə qeyri-faiz gəlirləri 30%-dən aşağı idi.
Belə ki, 2019-cu ildə Azərbaycan banklarının ümumi gəlirləri 2 646 milyon manat olub. Bunun 1922 milyon manatı faiz gəlirləri, 724 milyon manatı isə qeyri-faiz gəlirləri olub. Ümumi gəlirlərdə faiz gəlirləri 73%, qeyri-faiz gəlirləri 27% təşkil edib.
2020-ci ildə Azərbaycan banklarının ümumi gəlirləri 2 592 milyon manat olub. Bunun 1920 milyon manatı faiz gəlirləri, 672 milyon manatı isə qeyri-faiz gəlirləri olub. Ümumi gəlirlərdə faiz gəlirləri 74%, qeyri-faiz gəlirləri 26% təşkil edib.
2021-ci ildə Azərbaycan banklarının ümumi gəlirləri 2 983 milyon manat olub. Bunun 2 107 milyon manatı faiz gəlirləri, 876 milyon manatı isə qeyri-faiz gəlirləri olub. Ümumi gəlirlərdə faiz gəlirləri 71%, qeyri-faiz gəlirləri 29% təşkil edib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026