İl ərzində dəmir yolunda sərnişinlə 550 min dəfə ödənişi təmassız edib

16:24 - 16.02.2023


16 fevral, Fineko/abc.az. Nәqliyyat sahәsindә gediş haqlarının tәmassız bank kartları vasitәsilә ödәnilmәsi mәqsәdilә yaradılmış imkanlardan 2022-ci ildә daha geniş istifadә olunub.

ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bankın 2022-ci ilin "Rəqəmsal ödənişlər icmalı"nda qeyd edilib.

Məlumata görə, Bakı vә Sumqayıt şәhәrlәri arasında sürәtli sәrnişin daşımalarını tәmin edәn Abşeron dairәvi dәmir yolunda sәrnişinlәr tәrәfindәn 2022-ci il әrzindә 550 min gediş üzrә 472 min manat hәcmindә gediş haqları tәmassız bank kartları vasitәsilә ödәnilib.