Ötən il Azərbaycan Bankları bu qədər nağd xarici valyuta alqı-satqısı aparıb

14:37 - 16.02.2023


16 fevral, Fineko/abc.az. 2022-ci ildə Azərbaycan banklarının nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri 2021-ci ilə nəzərən 27 % artaraq 5,1 milyard ABŞ dolları ekvivalentində olub.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Məlumata görə, bunun bunun 85,7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Ötən ilin aprel ayından başlayaraq ilin sonuna qədər xarici valyutanın alışının satışından yüksək olması hesabına xalis xarici valyuta satışı əvvəlki ilə nəzərən 5 dəfə azalıb.

Bundan başqa, icmalda deyilir ki, 2022-ci ildə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Hesabat dövründə valyuta bazarındakı tarazlıq profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi çərçivə ilə dəstəklənib. Tədiyə balansının iri həcmli profisiti valyuta bazarında təklifin genişlənməsilə müşaiyət olunub.

Hesabat ilində valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə artıb.