Valyuta hərracında banklar tələbi 4,3% azaldıb

12:39 - 16.02.2023


16 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, fevralın 16-da baş tutan valyuta hərracında bankların tələbi 50,8 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 2,3 milyon dollar (4,3%) azdır.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.

Fevralın 14-də keçirilən valyuta hərracında AMB banklara 53,1 milyon dollar satıb.