Dünya Bankının rəhbərliyində dəyişiklik ola bilər

11:12 - 16.02.2023


16 fevral, Fineko/abc.az. Dünya Bankının prezidenti Devid Melpas vəzifəsini yaxın aylarda tərk edəcəyini elan edib.

ABC.AZ xəbər verir ki, “Bloomberg”in məlumatına görə, prezidentin fəaliyyət müddəti hələ 1 il sonra bitir, amma o öz vəzifəsindən 1 il əvvəl istefa verəcək. 66 yaşlı Melpas Dünya Bankının prezidenti vəzifəsinə 2019-cu ildə o vaxtkı prezident Donald Tramp tərəfindən təyin edilib.