Azərbaycanın Milli Ödəniş Sistemi vasitəsi ilə 343 milyar manatlıq əməliyyat aparılıb

14:07 - 14.02.2023


14 fevral, Fineko/abc.az. 2022-ci il ərzində ölkədə Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan əməliyyatların ümumi həcmi 343 milyard manat, sayı isə 97.6 milyon ədəd təşkil etmişdir.

ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankının 2022-ci ilin Rəqəmsal ödənişlər icmalında bildirilir.

Qeyd edilib ki, hesabat dövrü ərzində Milli Ödəniş Sisteminin əsas komponentləri olan iri və təcili ödənişlər üzrə "Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi" (AZİPS) üzrə keçən ödənişlərin sayı 1.4 mln. ədəd, həcmi 300.1 mlrd. manat, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən "Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi" (XÖHKS) üzrə isə ödənişlərin sayı 95.9 mln. ədəd, həcmi 41.9 mlrd. manat olub.

Əlavə edək ki, 2022-ci il ərzində Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən əməliyyatların sayı 337.3 min ədəd, həcmi isə 549.6 mln. manat olub.

Müəllif: Elmir Murad