Bu Mərkəz üzərindən 1 ildə 207 milyon kart əməliyyatı aparılıb

11:53 - 14.02.2023


14 fevral, Fineko/abc.az. Ölkənin kart infrastrukturunun mühüm elementi olan “Banklararası Kart Mərkəzi”nin üzərindən 2022-ci il ərzində 207 milyon kart əməliyyatı aparılıb.

ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, milli valyutada əməliyyatların həcmi 10,1 milyard manat, xarici valyutada isə 66,4 milyon ABŞ dolları və 26,1 milyon avro təşkil edib.