16:36 - 10.02.2023
10 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı ölkədə kredit faizlərinin yenidən artacağı ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
ABC.AZ oxu.az-a istinadən xəbər verir ki, ölkənin əsas Bankından fiziki şəxslərin əmanətləri üzrə əldə edilən faiz gəlirlərinin vergiyə cəlb olunması birbaşa olaraq kreditlər üzrə faiz dərəcələrinin artımını şərtləndirmədiyi bildirilib:
“Belə ki, vergi tətbiqinin istər depozit, istərsə də kredit faiz dərəcələrinə təsiri bu məhsullar üzrə tələb və təklifdən asılıdır. Qeyd olunmalıdır ki, fiziki şəxslərin müddətli əmanətləri bank sektorunun aktivlərinin cəmi 13,2 faizini formalaşdırdığından banklar tərəfindən verilən kreditlərin maliyyələşməsində digər mənbələr daha əhəmiyyətli paya malikdir. Bu səbəbdən də fiziki şəxslərin müddətli əmanətləri üzrə bazar şərtlərinin dəyişməsinin kredit faizlərinə əhəmiyyətli təsiri gözlənilən deyildir.
Bununla belə, bankların ölçüsünə, biznes modelinə, aktiv və öhdəliklərinin strukturuna, risk iştahasına görə homogen olmaması səbəbindən gəlir vergisinin tətbiqinin də onların təklif etdiyi faiz dərəcələrinə təsiri eyni olmayacaq. Burada həm də nəzərə alınmalıdır ki, maliyyə sektorunda müştərilər uğrunda rəqabət kredit faizlərinin artımını məhdudlaşdıran əsas amillərdəndir”.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026