10:19 - 10.02.2023
10 fevral, Fineko/abc.az. 2021-ci ildə koronavirus pandemiyasının təsirlərindən çıxan Azərbaycan bankları sektoru, iqtisadiyyatdakı nisbi canlanması ilə yenidən kredit portfellərini artırmağa başlayıb.
ABC.AZ Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, 2022-ci ilin sonuna ölkə banklarının kredit portfeli 19 milyard 594 milyon manata çatıb.
Müqayisə üçün qeyd edək ki, bu 2021-ci ilin sonuna nisbətdə 2 milyard 935 milyon manat və ya 17,6% artıq kredit deməkdir.
Amma ölkə banklarının heç də hamısında artım sürəti belə olmayıb. Üstəlik bəzi banklarda kredit portfelinin kiçilməsi baş verib.
Ümuilikdə ölkədəki 25 bankdan 20-nin kreditləri artıb, 5-də kreditlər azalıb.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026