17:10 - 30.01.2023
30 yanvar, Fineko/abc.az. 2022-ci ilin nəticələrinə görə, bankların renyinqində ən sürətlə irəliləyən bank "Azər Türk Bank" olub. Belə ki, adıçəkilən Bank 15-ci pillədən 8-ci pilləyə qədər qalxa bilib.
ABC.AZ xəbər verir ki, başqa bir yazıda qeyd etdiyimiz kimi, digər sürətli irəliləyiş "Yelo Bank"a məxsusdur. Bu Bank isə aktivlərinin artımı nəticəsində 13-cü pillədən 10-cu pilləyə yüksəlib.
"Turanbank", "Muğanbank" və "Bank of Baku" reytinqdə əvvəlki yerlərini qoruyub saxlaya biliblər. Yəni, adıçəkilən Banklar müvafiq olaraq 11, 12 və 14-cü pillədə məskən salıblar. Əvəzində sürətli artım nəticəsində "Express bank" 18-ci pilləyə yüksələrək sıralamadakı qonşusu "Bank BTB"ni 19-cu pilləyə sıxışdıra bilib. 20-ci pillədən sonra da sıralamada dəyişiklik yoxdur. Amma, bankların göstəricilərindəki dinamika artıq 1-ci rübün sonunda burada dəyişiklik olacağına işarə edir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026