17:26 - 26.01.2023
26 yanvar, Fineko/abc.az. Ukrayna Milli Bankı (mərkəzi bankı) faiz dərəcəsini yenidən 25% səviyyəsində saxlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
"Ukrayna Milli Bankı uçot dərəcəsini 25% səviyyəsində saxlayıb. Həmçinin mərkəzi bank banklar tərəfindən məcburi ehtiyatların formalaşdırılması normalarını artırmağa davam edəcək", - press-relizdə deyilir.
Ukrayna Mərkəzi Bankının məlumatına görə, bu, qrivnadakı aktivlərin cəlbediciliyinin daha da artmasına, məzənnə sabitliyinin qorunmasına və inflyasiyanın tədricən azalmasına kömək edəcək.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026