14:45 - 25.01.2023
25 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “Bank VTB (Azərbaycan)” ASC ötən ilin maliyyə gpstəriciləri barədə hesabatını açıqlayıb.
ABC.AZ hesabata istinadən xəbər verir ki, dekabrın sonuna bankın kredit portfeli 159.7 milyon manat, o cümlədən ipoteka kreditləri üzrə portfel – 39.2 milyon manat təşkil edib.
Bankın ipoteka kreditləri üzrə portfeli il ərzində 28.9% artıb.
Hesabat dövründə VTB (Azərbaycan) biznesin inkişafına 1.5 mindən çox kredit verib ki, bu göstərici 2021-ci ildəkindən 10 dəfə çoxdur. Verilmiş biznes-kreditlərin ümumi məbləği 44.3 milyon manatdan artıqdır.
Əhalinin banka əmanətləri 2022-ci il ərzində 18.4% artaraq 63.8 milyon manat təşkil edib.
2022-ci ilin sonuna bankın likvidlik əmsalı 98,6% təşkil edib ki, bu da AMB-nın minimum tələblərindən 3 dəfədən çox yüksəkdir.
Bankın məcmu kapitalı 2022-ci ildə 16.7% artaraq 80.2 milyon manata çatıb, bu da Mərkəzi Bankın minimal tələblərindən 60.4% çoxdur.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026