16:25 - 23.01.2023
23 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “Yapı Kredi Bank Azərbaycan” QSC 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərib. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 35.5% artmış və 236.9 milyon manat olmuşdur, biznes kreditləri 44.3% artaraq 169.2 milyon manat, həmçinin müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri portfeli 12.8% artaraq 45.3 milyon manat olub.
Sahibkarlara və fiziki şəxslərə yüksək xidmət və xüsusi yanaşma banka olan inamı daha da artıb və bankın depozit portfeli ötən il ilə müqayisədə 27.6% artaraq 363.9 milyon manat təşkil edib. Fiziki şəxslər üçün bu rəqəm 17.9% artaraq 80.8 milyon manat, hüquqi şəxslər üçün 30.7% artaraq 283,1 milyon manat təşkil edib.
Müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 26.6%, məcmu kapitalının adekvatlıq əmsalı isə 28.1% olub. Bankın tutulmalardan sonra məcmu kapitalı 75.1 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026