Rusların xarici banklardakı əmanətləri kəskin artıb

15:20 - 19.01.2023


19 yanvar, Fineko/abc.az. Rusiyalıların xarici banklardakı əmanətləri noyabrda rekord həddə - ilin əvvəlindən 2,7 dəfə artaraq 81,7 milyard dollara çatıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Qeyd edilib ki, 2022-ci ilin noyabr ayında rusların xarici kredit təşkilatlarındakı əmanətləri oktyabrdakı 75,9 milyard dollardan 81,7 milyard dollara yüksəlib.

Eyni zamanda, ilin əvvəlində ruslar xaricdəki əmanətlərini 30,6 milyard dollar artırıblar.